"Bollywood Night": Fəxriyyə Xələfova və Faiq Ağayev jurnalistlərlə görüşəcəklər
20.10.2017

23 oktyabr, saat 15:00-də "Bollywood Night" iştirakçılarının mətbuat konfransı keçiriləcək.

Tədbirdə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Faiq Ağayev, "Full House Entertainment"in idarəetmə direktoru Dia Soun Xe, Azərbaycanın Hindistandakı Assosiasiyasının (Indian Association Azerbaijan) nümayəndələri, müğənnilər Fərhad Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova, axşamın aparıcıları Narmina Ağasi, Samir Bayramlı və başqaları iştirak edəcəklər.

Hindistanın Azərbaycandakı Assosiasiyasının dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilən möhtəşəm “Bollywood Night” bayramı noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

“Bollywood Night” Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə keçiriləcək, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq. Gecədə Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın kolleksiyası təqdim olunacaq.

Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında Ceyhun Bakinski və başqaları iştirak edəcəklər.

Qonaqlar arasında “Hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinay da var. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" hitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 622 92 70, (077) 622 92 95

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “ASAN Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

trend.az