Bakıda İranın mədəniyyət günləri keçiriləcək
20.10.2017

Gələn ilin aprelində Bakıda İran Mədəniyyəti Həftəsi keçiriləcək.

Mədəniyyət həftəsi çərçivəsində İran filmləri günləri, kitab və bu ölkənin qadın rəssamlarının sərgisi təşkil olunacaq.

Tədbirdə iştirak etmək üçün İranın mədəniyyət və islam irşad naziri Rza Salehi Əmirinin Azərbaycana səfər edəcəyi gözlənilir.

azertag.az