Füzulidə Bayraq Muzeyinin inşası bu il başa çatacaq
16.10.2017

Horadiz şəhərindəki Bayraq Meydanının ərazisində Bayraq Muzeyi inşa edilir.

Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan Bayraq Muzeyinin birmərtəbəli binası səkkizguşəli ulduz formasındadır. Artıq binada hörgü işləri başa çatıb, çardağın vurulmasına hazırlıq görülür. Bayraq Muzeyinin ərazisində abadlıq işləri aparılacaq, yaşıllıq salınacaq. İnşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin Silahlı Qüvvələrin qoşun növlərinin bayraqlarının, gerblərin, xəritələrin, konstitusiyaların, orden və medalların, bir sözlə, müxtəlif dövlət rəmzlərinin qorunub saxlanılması nəzərdə tutulur.

Muzey Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, rayon sakinlərində və rayona gələn qonaqlarda şanlı tariximiz haqqında geniş təsəvvür yaratmağa imkan verəcək.

azertag.az