“Yaşıl adam” - Gənc Tamaşaçılar Teatrında
16.10.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç“ – (“Yaşıl adam”) əsəri əsasında eyniadlı tamaşa hazırlanır.

Teatrdan bildirilib ki, sənət ocağı müraciət olunan təklif və arzuları nəzərə alaraq tamaşanı yeni versiyada təqdim edəcək.

Əsərin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Tamaşanın yeni versiyasında rolları aktyorlar - Ramil Məmmədov, Elşən Hacıbabayev, Müşfiq Əliyev, Asya Atakişiyeva, Səbinə Məmmədova, Nuriyyə Əliyeva, Könül Əbilova və başqaları canlandıracaq.

Tamaşanın premyerası oktyabrın 28-nə nəzərdə tutulur.

azertag.az