Türkiyədə “Leyla və Məcnun” filmi çəkilə bilər
16.10.2017

Türkiyənin ən məşhur serialı “Leyla və Məcnun” filmi ola bilər.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, tamaşaçılara bu xoş xəbəri serialın əsas aktyorlarından biri olan Serkan Keskin bildirib.

Onun sözlərinə görə, zəhmət çəkilərsə, filmi çəkmək mümkün olacaq: “Hər birimiz müxtəlif layihələrdə iştirak edirik. Filmi çəkmək onu proqramlaşdırmaqla bitməməlidir. Həqiqətən etməyimiz lazım olduğunu hiss etsək, o zaman bir araya gələrək “Leyla ilə Məcnun” filmini çəkərik”.

Xatırladaq ki, serial “Leyli və Məcnun” əfsanəsinə bənzədilmiş və üç mövsüm “TRT 1”də yayımlanmışdı.

azertag.az