Bakıda litvalı rejissorla görüş təşkil ediləcək
13.10.2017

Oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçiriləcək.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, görüş çərçivəsində rejissorun yeni - “Buzlaqlarda qadın” filmi nümayiş olunacaq.

Görüş İttifaqla Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq.

azertag.az