İlham Əliyev Soçidə dövlət və hökumət başçılarının şərəfinə verilən naharda iştirak edib
13.10.2017

Rusiyanın Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə nahar verilib.

Prezident İlham Əliyev naharda iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə səfəri oktyabrın 11-də başa çatıb.

president.az