Sakramentoda Azərbaycan musiqisi konserti keçiriləcək
12.10.2017

ABŞ-ın Kaliforniya ştatının inzibati mərkəzində - Sakramentoda Azərbaycan musiqisi nümunələrinin ifa ediləcəyi konsert keçiriləcək.
Konsert noyabrın 5-də Sakramentodakı "Krest" teatrında (Crest Theatre) keçiriləcək.
Konsert zamanı Eduard Elqar, Cüzeppe Verdi, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Konsertdə dirijorlar - Maykl Nyuman və Mustafa Mehmandarov, həmçinin soprano Mərziyə Hüseynova çıxış edəcək.
Konsertdən sonra qonaqlar Azərbaycan mətbəxinin yeməkləri ilə tanış olacaqlar.

report.az