Bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib
12.10.2017

Oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Pikə Axundovanın əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının, Azərbaycan radiosunun və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarın həyat və fəaliyyətindən söz açıb.

Konsertdə “Çılğın Xəzərim”, “Fəvvarələr şəhəri”, “Səssizlik balladası”, “Şəhla gözlüm”, “Soruşma”, “Vals”, “Qəlbimin səsi”, “Səninəm”, “Dəymərəm qəlbinə”, “Ey gül”, “Mənim tək yanan harada var”, “Lirik fantaziya”, “Gerçək yuxum”, “Vətənə doğru” əsərləri səsləndirilib.

Gecədə Əməkdar artistlər Zaur Əmiraslanov, Aygün Bəylər, Lalə Məmmədova, Aqşin Abdullayev, eləcə də Pikə Axundova, Zabitə Alıyeva, Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev çıxış ediblər.

İfaçıları Fərhad Qarayusiflinin rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun T.Əhmədov adına estrada-simfonik orkestri müşayiət edib.

azertag.az