Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları Belarusda uğur qazanıblar
10.10.2017

Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası Belarusda keçirilən turnirdə iştirak edib.

Turnirdə Azərbaycan və Belarusun 5 komandası iştirak edib. Yarışın yekununda Azərbaycan komandaları I, II, III yerləri tutublar.

Qaliblərə medalları Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri, Əməkdar İdman Ustası Natiq Bağırov təqdim edib.

azertag.az