Ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çox pambıq təhvil verilib
10.10.2017

Oktyabrın 10-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 71 min 683,17 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Belə ki, keçən il oktyabrın 10-dək pambıq qəbulu məntəqələri 27 min 47,40 ton məhsul tədarük etmişdi.

azertag.az