Bakı Musiqi Akademiyasının xor kollektivi beynəlxalq festivala hazırlaşır
10.10.2017

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Lumineux” ansamblı Gürcüstanın Qori şəhərində keçiriləcək Xor musiqisi üzrə beynəlxalq festivala dəvət olunub.

BMA-dan bildirilib ki, kollektivin tərkibi akademiyanın xor dirijorluğu kafedrasının tələbələrindən ibarətdir.

Oktyabrın 11-dən 13-dək davam edəcək festivalda bir çox xarici ölkələrin xor kollektivi iştirak edəcək.

azertag.az