Həmyerlimizin kitabı Türkiyədə çap olunub
10.10.2017

Türkiyədə yaşayan həmvətənimiz, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanovun yeni kitabı “Estetik terminlər lüğəti” adlanır.

Alimin qardaş ölkədə türk dilində işıq üzü görən kitabında alimin dövri mətbuatda dərc edilən məqalə və müsahibələri da yer alıb.

Uzun illərdir Türkiyənin Qaziantep Universitetində elmi fəaliyyətlə məşğul olan B.Qurbanovun lüğətində bəzi terminlər ətraflı izah edilib. Kitab, universitetin gözəl sənətlər fakültəsinin tələbələri, mədəniyyət, incəsənətlə bağlı araşdırmalar aparan elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

azertag.az