SAT imtahanlarının nəticələri oktyabrın 26-dək açıqlanacaq
9.10.2017

Dövlət İmtahan Mərkəzində (DİM) oktyabrın 7-də keçirilən növbəti SAT imtahanlarında 37 nəfər iştirak edib.

DİM-dən bildirilib ki, imtahan iştirakçılarına bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanların nəticələri oktyabrın 26-dək elan ediləcək. İştirakçılar nəticələri ilə https://sat.collegeboard.org/scores linkində tanış ola biləcəklər.

azertag.az