DİQQƏT! Bu yolda hərəkət qismən mədudlaşdırılacaq
9.10.2017

9-10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

trend.az