Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək
9.10.2017

Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verilir ki, oktyabrın 17-də Belarus iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus biznes-forumu keçiriləcək.

Foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 15-dək Belarus şirkətinin qatılacağı gözlənilir.

trend.az