Bakıda grappling və grappling-gi üzrə dünya çempionatı keçiriləcək
6.10.2017

Azərbaycan yenidən mötəbər yarışa ev sahibliyi edəcək.

Bakıda oktyabrın 18-21-də kişilər və qadınlar arasında grappling və grappling-gi idman növləri üzrə dünya çempionatı keçiriləcək.

Turnirdə 25-ə yaxın ölkədən uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak edəcəklər.

azertag.az