MuzTV Azərbaycan peyk yayımına başlayır
6.10.2017

Ölkəmizdə ilk musiqili internet televiziyası olan MuzTV Azərbaycan peyk yayımına başlayır.

Bu barədə məlumatı telekanalın mətbuat xidməti yayıb.

Televiziya ilə “Azərkosmos” arasında əldə olunmuş razılığa əsasən, kanal oktyabrın 6-dan etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.

Qeyd edək ki, MuzTV Azərbaycan 2012-ci il mayın 11-dən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.

azertag.az