Emil Qədirov Moskvada “Romansın romantikası” adlı konsertdə çıxış edəcək
6.10.2017

Oktyabrın 19-da “Crocus City Hall”da opera, romans, estrada, caz, teatr və kino artistlərinin iştirakı ilə “Romansın romantikası” adlı qala-konsert təşkil olunacaq. Konsertdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.

Bu barədə məlumat Emil Qədirovun rəsmi saytında yer alıb.

E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir.

azertag.az