Hansı “Android” versiyasından daha çox istifadə olunur? - STATİSTİKA
4.10.2017

“Google” korporasiyası “Android” əməliyyat sisteminin müxtəlif versiyalarının yayılmasına aid növbəti statistikasını dərc edib.

Sentyabr ayının nəticələrinə əsasən, yeni yaradılan “Android 8.0” əməliyyat sisteminin payı 0,2 faiz təşkil edib.

Qeyd edək ki, ötən ay yalnız “Android Nougat” öz istifadəçi payını 15,8-dən 17,8 faizə qədər artıra bilib. Bütün digər versiyalar ya özlərinin bazardakı payını azaldıb, ya da mövqeləri dəyişməz qalıb.

Ən populyar versiya 32 faiz payla “Android 6.0” qalmaqdadır. Belə görünür ki, bu liderlik hələ çox davam edəcək.

İkinci yerdə 27,7 faiz payla “Android Lollipop” versiyası gəlir. “Android 4.4 KitKat” versiyası 14,5 faiz, “Jelly Bean” adlanan versiyası isə 6,6 faiz paya malikdir.

“Ice Cream Sandwich” və “Gingerbread” versiyalarının hər biri isə hələ də 0,6 faiz bazar payına malikdirlər.

lent.az