Alimin “Zamanın sınağından keçənlər…” kitabı çapdan çıxıb
4.10.2017

“Adiloğlu” nəşriyyatında tanınmış alim, filologiya elmlər doktoru, professor Buludxan Xəlilovun “Zamanın sınağından keçənlər…” kitabı işıq üzü görüb.

251 səhifəlik kitabda 50 məqalə yer alıb.

Yeni nəşrdə Mirzə İbrahimov, Mir Cəlal Paşayev, Mehdi Hüseyn və Qulu Xəlilovla bağlı əhvalatlar verilib. Bundan başqa kitabda alimin Cəlil Məmmədquluzadə üslubundan yararlanan publisistik məqalələri, o cümlədən təhsilin inkişafı ilə bağlı təhlil materialları da yer alıb.

Kitabda “Gəmiqaya-Qobustan əlifbası”, özündə tarixi yaşadan qədim daş kitabələrlə bağlı məqalələr və müxtəlif səpkili müəllif deyimləri də verilib.

Kitabın redaktoru filologiya elmləri doktoru, professor Fikrət Rzayev, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları, dosent Yeganə Ergin və dosent Cəlal Allahverdiyevdir.

azertag.az