“SOCAR-Ümid” MMC “Azneft”ə qoşulur
4.10.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi yenidən təşkil olunur.
Bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində 16 iyun 2003-cü il tarixli 0103-P18-37925 nömrə ilə dövlət qeydiyyatına alınmış “Azneft” “SOCAR-Ümid” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.
Qeyd edək ki, “SOCAR-Ümid” MMC Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağının işlənməsi ilə məşğuldur.
"Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın bilavasitə kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ümumi ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir.

report.az