Azərbaycan millisinin seçmə mərhələ üçün heyəti açıqlanıb
3.10.2017

On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

AFFA-ya istinadla xəbər verilir ki, yığmamızın heyətinə Şahin Zəkiyev (“İnter”), Murad Popov (“Qəbələ”), Məmməd Hüseynov (“Qarabağ”), Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov (hər ikisi “Qarabağ”), Ricat Qarayev (“İnter”), Yusif Həsənov (“Qarabağ”), Murad Qayalı (“İnter”), Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (“Qarabağ”), Murad Mahmudov (“Eintracht Frankfurt”, Almaniya), Fərid Nəbiyev (“Slaviya Praqa”, Çexiya), Rafael Məhərrəmli (“İnter”), Ekincier Barış (“Bochum”, Almaniya), Süleyman Əhmədov (“Qarabağ”), Ceyhun Muxtarlı (“İnter”), İbrahim Əliyev (“Qarabağ”) və Doğukan Oksuz (“Trabzonspor”, Türkiyə) dəvət olunublar.

Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində millimiz oktyabrın 4-də İrlandiya, üç gün sonra Serbiya, oktyabrın 10-da isə Kipr yığmaları ilə qarşılaşacaq.

Oyunlar İrlandiyada keçiriləcək.

azertag.az