Dünyanın ən güclü adamları - SİYAHI
3.10.2017

ABŞ-ın “Vanity Fair” dərgisi dünyanın ən güclü (təsirli) şəxsiyyətlərinin adlarını açıqlayıb.

Siyahıda “Amazon” online ticarət şirkətinin yaradıcısı Ceff Bezos və “Facebook”un qurucusu Mark Zukerberq ilk sıralardadır. Üçlüyü “Apple” rəhbəri Tim Kuk tamamlayır.

Sonrakı yerlərdə “Google”un yaradıcısı və həmtəsisçisi Larri Peyc, “Paypal”, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask gəlir.

Qeyd edək ki, T. Kuk 2016-cı ildə 11-ci sırada idi. Bir il ərzində o, xeyli irəliləyib. Səbəb “Apple”ın bazar dəyərinin 800 milyard dollara çatmasıdır. Bu cür göstərici “Apple”ı bazar dəyəri 1 trilyon dollara çatan ilk korporasiya olmağa yaxınlaşdırıb.

lent.az