Voleybol üzrə Serbiya yığması Avropa Çemionatının qalibi oldu
2.10.2017

Oktyabrın 1-də qadın voleybolçular arasında Avropa çempionatının final görüşü keçirilib.

Qızıl medal uğrunda Hollandiya milli komandası ilə Serbiya yığması qarşılaşıb. Oyun 1:3 hesabı ilə Serbiya voleybolçularının xeyrinə bitib (20:25, 25:22, 18:25, 18:25).

Beləliklə, Serbiya voleybolçuları Avropa çempionatının qızıl medallarına sahib olublar. Hollandiya milli komandası isə çempionatıın gümüş medalları ilə kifayətlənib.

trend.az