Baku Shopping Festivalının keçirilməsinə 1 milyon manat ayrılıb
29.9.2017

Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

report.az