Hindistanın Madonnası və pop-musiqisinin kraliçası Alişa Çinay Bakıya gələcək
29.9.2017

Hindistanın estrada ulduzu Alişa Çinay Bakıya gələcək.

Müğənni noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında keçiriləcək möhtəşəm “Bollywood Night” bayramında konsert proqramı ilə çıxış edəcək. Konsert Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə “Full House Entertainment” tərəfindən təşkil edilib.

A.Çinayı “hind Madonnası”, Hindistanda estrada musiqisinin qanunvericisi adlandırırlar. O, hind musiqi mədəniyyətinə dəyişikliklər etmiş ilk ifaçılardan biri olub. Buna görə də A. Çinayı “Hindistanın pop-musiqisinin kraliçası” da adlandırırlar. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

“Bollywood Night” Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər, iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show” təqdim olunacaq.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/https://www.facebook.com/bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “Asan Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

trend.az