Pambıq tədarükü 5,9 dəfə artıb
28.9.2017

Bu il Azərbaycanda pambıq tədarükü ötən illə müqayisədə 5,9 dəfə, pambıq sahələri isə 2,7 dəfə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il 136413 hektar sahəyə pambıq əkilib, qəbul məntəqələrinə təhvil verilən pambığın miqdarı isə 41863 ton olub.

Ən çox pambıq isə bu il Saatlıda (8334 ton) tədarük olunub.

trend.az