Bolqarıstanın keçmiş prezidenti Azərbaycanda tolerantlıq haqqında filmin təqdimatına qatılıb
28.9.2017

 Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanda "Tolerantlıq yuvası" sənədli filmin təqdimatında iştirak edib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, təqdimatda həmçinin Bolqarıstanın keçmiş prezidenti Pyotr Stoyanov da iştirak edib.
Qeyd edək ki, film İkinci Dünya müharibəsi dövründə Bolqarıstanda yəhudi icmasının xilas edilməsindən və Azərbaycanda tolerantlıq və multikulturalizmin təbliğindən bəhs edir.

report.az