Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir
26.9.2017

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi oktyabrın 1-4-də Macarıstana növbəti ixrac missiyası təşkil edəcək.
Nazirliyə istinadən xəbər verilir ki, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.
Paytaxt Budapeştə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

report.az