“Qarabağ”ın futbolçusu Norveç yığmasına çağırılıb
26.9.2017

“Qarabağ”ın futbolçusu Tarik Elyunussi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün Norveç yığmasına çağırılıb.
29 yaşlı yarımmüdafiəçi baş məşqçi Lars Laqerbekin dəvət göndərdiyi 23 nəfərlik heyətdə yer alıb.
Qeyd edək ki, Norveç yığması oktyabrın 5-də San-Marinonun qonağı olacaq, ayın 8-də isə Şimali İrlandiyanı qəbul edəcək.

report.az