MİDA-nın tenderinin qalibi müəyyən edilib
18.9.2017

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC-nin iyunun 21-də elan etdiyi açıq tenderin qalibləri müəyyən olunub. Tender iki lot üzrə keçirilib.
Məlumata görə, lot-1 üzrə “Merkuri-İnşaat” MMC (“Conco” MMC ilə konsorsiumda), lot-2 üzrə “Qaz Oil Building” MMC qalib müəyyən edilib. Artıq tərəflər arasında müvafiq satınalma müqavilələri bağlanıb.
Xatırladaq ki, tender "MİDA" MMC-nin Bakı şəhərinin Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi ilə əlaqədar elan edilmişdir.

report.az