Azərbaycan Qazaxıstandan duz almağa başlayıb
15.9.2017

Qazaxıstan Aral gölündən hasil edilən duzun ilk partiyasını Azərbaycana göndərib.
Qazaxıstan mətbuatına istinadən verilən məlumata görə, bu barədə Moskvada (Rusiya) keçirilən XXVI "World Food Moscow" beynəlxalq ixtisaslaşmış sərgi çərçivəsində "Araltuz" SC-nin satış və marketinq üzrə vitse-prezidenti Yevgeniy Korol bildirib.
"Müəssisə Rusiyanın duz bazarının 13%-nə sahibdir. Qırğızıstana da öz məhsulumuzu göndəririk. Bu yaxınlarda Azərbaycana da ilk partiya tədarük olunub. Gələcəkdə Çin və Şərqi Avropaya ixrac əməliyyatlarını reallaşdırmağı planlaşdırırıq",- deyə Y. Korol əlavə edib.

report.az