Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib
15.9.2017

Futbol üzrə Azərbaycan I Divizionunda limit dəyişdirilib.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
Onun sözlərinə görə, 2017/2018 mövsümü üçün limit 6+2+3 (6 Azərbaycan vətəndaşı + 2 legioner + 3 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) formatında olacaq.
Qeyd edək ki, ötən mövsüm I divizionda limit 4+2+5 (4 Azərbaycan vətəndaşı + 2 legioner + 5 1994-ci il doğumlu və daha gənc Azərbaycan vətəndaşı) şəklində idi.

report.az