Qeyri-rezident şəxslərin Azərbaycanda ev almasında məhdudiyyət yoxdur
8.9.2017

Qeyri-rezident şəxslər Azərbaycan ərazisində yaşayış evi ala bilərmi və buna görə vergi ödəməlidirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən sualına cavab olaraq bildirilib ki, qeyri-rezident şəxslər tərəfindən Azərbaycan Respublikasında qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə edilməsinə məhdudiyyət qoyulmayıb.

Həmçinin yaşayış sahəsinin satılması zamanı verginin məbləği mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat, habelə əmlakın yerləşdiyi zonadan asılı olaraq Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla alqı-satqı müqavilələrini təsdiqləyən notarius tərəfindən hesablanır və ödəmə mənbəyində vergiyə cəlb olunur.

azertag.az