Bu gün Dünya Fizioterapiya Günüdür
8.9.2017

8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanları sağlam, azad və yaxşı etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.

Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.

Fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır. Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozğunluqları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər.

Dünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.

Hər il bu təqvimin şüarı “Sağlamlıq üçün hərəkət”dir. Cari ildə fiziki terapiyanın sağlam yaşlanmaq üçün oynadığı rolun əhəmiyyətini vurğulayan “Həyat üçün fiziki aktivlik” mesajı seçilib.

azertag.az