Məmmədəli Ağayev "Dostluq" ordeni ilə təltif edilib
8.9.2017

Prezident İlham Əliyev Məmmədəli Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Məmmədəli Hüseyn oğlu Ağayev “Dostluq” ordeni ilə təltif edilsin.

trend.az