Yazıçı Vaqif Nəsib Sarıhüseynoğlunun yeni kitabı işıq üzü görüb
7.9.2017

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında tanınmış nasir, “Qızıl Kəlmə” ədəbi mükafatı laureatı Vaqif Nəsib Sarıhüseynoğlunun “Rəngli günlər” kitabı çapdan çıxıb.

Nazirlikdən verilən məlumata görə, kitaba müəllifin son illər qələmə aldığı silsilə hekayələri və “Sənsizlik, mənsizlik, onsuzluq” romanı daxil edilib.

Nəşrin “Ön söz”ünün müəllifi Xalq Yazıçısı Elçin Əfəndiyev, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.

Kitab nazirliyin tabeliyində olan qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

azertag.az