“Azəriqaz” “ASAN” xidmət vasitəsilə 87 min istehlakçıya xidmət edib
7.9.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu ilin yanvar-avqust aylarında “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə ümumilikdə 86 768 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, müraciətlər Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4 və 5 saylı “ASAN xidmət” mərkəzləri, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri vasitəsilə daxil olub.

report.az