Mahmud Məmmədquliyev Aİ və "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək
7.9.2017

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Estoniyanın paytaxtı Tallinində səfərdədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verilir ki, M.Məmmədquliyev sentyabrın 8-də Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
İclas Estoniyanın Aİ-dəki sədrliyi tərəfindən təşkil edilib.
Görüş zamanı iştirakçılar noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.

report.az