Xalq Şairi Qabilin seçilmiş əsərləri iki cilddə çap olunub
6.9.2017

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında Xalq Şairi Qabilin ikicildlik “Seçilmiş əsərləri” çapdan çıxıb.

Nazirlikdən bildirilib ki, müasir Azərbaycan şerinin görkəmli nümayəndəsi, Xalq Şairi Qabilin iki cilddə tərtib olunmuş “Seçilmiş əsərləri”nin birinci cildinə ədibin müxtəlif illərdə yazdığı şeirləri daxil edilib. Kitabın ikinci cildində isə ədibin ayrı-ayrı şeirləri ilə yanaşı, poemalarına da yer verilib.

Bildirilib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

azertag.az