Tərtərdə 3 ulduzlu hotel tikiləcək
6.9.2017

Tərtərdə 3 ulduzlu hotelin yaradılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu avqustun 31-də Tərtər rayonunda keçirdiyi işgüzar forumda bildirilib.

Belə ki, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması; kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu hotelin yaradılması.

Qeyd edək ki, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

trend.az