Azərbaycanın 21 yaşadək futbolçuları İrlandiya yığması ilə qarşılaşacaqlar
5.9.2017

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün İrlandiya yığması ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da start götürəcək. Oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək.

U-21 milli komandamız ilk oyunda səfərdə İsrail yığmasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-21 Avropa çempionatı 2019-cu il iyunun 16-dan 30-dək İtaliyanın və San-Marinonun birgə ev sahibliyi ilə keçiriləcək.

azertag.az