"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv qəbul olunub
5.9.2017

"Qəbələ" klubu Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub.
Bu barədə qərar ECA-nın İsveçrənin Cenevrə şəhərindəki Baş Assambleyasında qəbul olunub.
İclasda klubu baş menecer Zaur Əzizov təmsil edir. Qərara əsasən, "qırmızı-qaralar" ECA-da hələlik assosiativ üzv statusuna malik olacaqlar. Bu klub Azərbaycan Premyer Liqasını tərk etmiş AZAL-ı əvəzləyib. Beləliklə, ölkənin ECA-dakı təmsilçiləri siyahısında dəyişiklik baş verib.
Qeyd edək ki, Azərbaycanın digər klubları - "Qarabağ" və "Neftçi" qurumda tamhüquqlu üzv statusuna malikdir.

report.az