Azərbaycan musiqiçiləri Özbəkistanda "Qran-pri" mükafatına layiq görülüblər
31.8.2017

Azərbaycanın gənc tarzəni, əməkdar artist Sahib Paşazadə və əməkdar artist, nağaraçı Kamran Kərimov Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalın “Qran-pri” mükafatına layiq görülüblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, onların 16 dəqiqəlik çıxışı münsiflər heyətinin və iştirakçıların böyük marağına səbəb olub.
Mükafatı Azərbaycan musiqiçilərinə Səmərqənd Vilayət Hakimiyyətinin rəhbəri Vaxid Raximov təqdim edib.
Qeyd edək ki, dünyanın 5 regionundan (Avropa, Asiya, Afrika, Amerika, Avstraliya), o cümlədən Özbəkistandan tanınmış musiqi mütəxəssislərindən ibarət münsiflər heyəti Azərbaycan musiqisinə ən yaxşı bal verərək səs veriblər.


report.az