“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
30.8.2017

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) Qurban bayramı münasibətilə sentyabrın 1-dən 4-dək gücləndirilmiş iş rejimində çalışacaq.

İB-dən verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda, İB-nin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Regional Qaz İstismar idarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün təbii qaz istehlakçılarından bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilməsini xahiş edir.

trend.az