Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı sabah başa çatır
30.8.2017

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı davam edir.
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər avqustun 31-i saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
Avqustun 30-u saat 10:00-a olan məlumata əsasən qəbul olan abituriyentlərdən 76%-i artıq qeydiyyatdan keçib.
Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.



report.az