“YARAT”da “Valya” filmi nümayiş etdiriləcək
29.8.2017

Avqustun 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Aleksandra Brodskinin “Valya” filmi nümayiş etdiriləcək.

Xronometrajı 18 dəqiqə olan ekran əsəri Rusiyanın ucqar və dağılmış kəndində yaşayan 65 yaşlı Valya haqqındadır. Onun həyatı işə gedib-gəlməkdən və alkoqoldan əziyyət çəkən oğlu Petyaya, habelə yeniyetmə nəvəsi Dimaya qulluq etməkdən ibarətdir. Valyanın gənclik dostu Qrişanın kəndə gəlişi xanım qəhrəmana ötən günləri, həyatında olan xoşbəxt anları xatırladır.

Filmin nümayişinə hər kəs qatıla bilər.

azertag.az