Türk yazıçı-publisistin “Haradan haraya…” adlı kitabı Bakıda nəşr olunub
29.8.2017

Azərbaycanda Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya…” adlı şeirlər kitabı işıq üzü görüb.

Nəşrdə şairin fəlsəfi düşüncələri, sətiraltı incə yumora köklənən şeirləri toplanıb. Bu, şairin Azərbaycan oxucusu ilə ilk görüşüdür.

Yeni nəşr Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə “XAN” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

Redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı olan kitabdakı şeirləri dilimizə şairə Nazilə Gültac uyğunlaşdırıb.

azertag.az