“Azərbaycan Beynəlxalq Bankı”nda Qurban bayramı endirimləri
28.8.2017

Özəl günləri müştərilər üçün daim xoş yeniliklərlə unudulmaz etməyə çalışan "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) Qurban Bayramında da onlara maraqlı sürprizləri var.

Bankdan bildiriblər ki, ABB-nin bayram ərəfəsində start verdiyi yeni kampaniya müştərilərə üç imkanı birdən qazandırır. Bunlar aşağıdakılardır: bankın "Qiblə" Debit MasterCard Platinum kartları cəmi 10 manata; depozit seyflərinin icarəsi 50 faiz endirimlə; VISA/MasterCard Gold, Platinum, AMEX Gold, Green, VISA Gold Prime plastik kartlarının qiymətlərində 50 faizə qədər güzəşt.

Kampaniya avqustun 28-dən 31-dək keçərlidir. Müştərilər bu imkandan bankın hər bir filial və şöbəsində faydalana, eləcə də ödəniş kartlarını bu bölmədən onlayn sifariş verə bilərlər.

Ölkəmizin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.

azertag.az